AZ EN RU

Muxtar respublikada 5 ayda 180-ə yaxın elektron imza sertifikatı verilib

    Elektron hökumətin əsas atributlarından sayılan elektron imza muxtar respublikada da uğurla tətbiq edilməkdədir. Belə ki, cari ilin ötən dövrü ərzində 5-i sahibkar, 24-ü hüquqi şəxs, 149-u dövlət qurumu olmaqla, ümumilikdə, 178 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim olunub. 
    Vətəndaşların nəzərinə çatdırılır ki, elektron imza almaq üçün qanunvericiliklə müəyyən olunmuş sənədlər Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim edilməlidir. Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu hüquqi şəxslər üçün 72 AZN, dövlət qurumları üçün 58 AZN, sahibkarlar üçün 36 AZN, vətəndaşlar üçün 18 AZN təşkil edir, istifadə müddəti isə 3 ildir. Elektron imza və ondan istifadə qaydaları barədə ətraflı məlumatları nmincom.gov.az və ya token.sima.az saytı vasitəsilə əldə etmək olar.

Naxçıvan Muxtar Respublikası Rabitə və 
Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 03.06.2023 15:00