AZ EN RU

Muxtar respublikada 21 min 951 uşaq idmanla məşğul olur

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Şərq qapısı”na verilən məlumata görə, idmanla məşğul olan uşaqlardan 5767 nəfəri qızlardır.  İdmanla məşğul olan uşaqlar istər muxtar respublikada, istərsə də muxtar respublikadan kənarda keçirilən idman yarışlarında yüksək nailiyyətlər əldə edib, Azərbaycan birinciliyində, Azərbaycan və dünya çempionatlarında, beynəlxalq turnirlərdə 41-i I yer, 39-u II yer, 29-u III yer olmaqla 109  yer qazanıblar. Keçirilən yarış, görüş, turnir, birincilik, çempionat və müxtəlif intellektual yarışlarda 14500-dən çox uşaq iştirak edib

Nəşr edilib : 05.02.2024 21:30