AZ EN RU

Muxtar respublika iqtisadiyyatı 2,7 faiz böyüyüb

Cari ilin yanvar-fevral aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 200 milyon 800 min 700 manat olub ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricidən 2,7 faiz çoxdur.

Bunu "Şərq qapısı"na Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildiriblər. Həmçinin, bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2 faiz artaraq 428,3 manat olub.
2024-cü ilin yanvar-fevral aylarında muxtar respublikada 91 milyon 684 min 100 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricini 27 faiz üstələyib.

Nəşr edilib : 18.03.2024 14:30