AZ EN RU

Muxtar respublika həkimləri üçün onlayn təlimlər təşkil edilib

Muxtar respublika tibb işçilərinin ixtisasları üzrə təkmilləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq 23-27 may tarixlərində “Sinir sistemi xəstəlikləri zamanı təxirəsalınmaz vəziyyətlər” mövzusunda vebinar təşkil edilib. Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkil etdiyi vebinarda Naxçıvan Muxtar Respublika Xəstəxanası, Doğum Mərkəzi və Uşaq Xəstəxanası publik hüquqi şəxslərinin 16-si həkim anestezioloq-reanimotoloq, 8-i isə təcili təxirəsalınmaz tibbi yardım və qəbul üzrə həkimi olmaqla, ümumilikdə, 24 tibb işçisi iştirak edir.

Vebinarın keçirilməsində əsas məqsəd həkimlərin sinir sistemi xəstəlikləri zamanı ilkin yardım ilə bağlı biliklərinin təkmilləşdirilməsi və bu sahədə yeni biliklərin əldə edilməsi ilə bağlı müzakirələrin aparılması olub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin həkim və orta tibb işçilərinin ixtisaslarına uyğun bilik və bacarıqlarının artırılması, yeni biliklər əldə etmələri məqsədilə mütəmadi olaraq bu cür ixtisasartırma kursları, seminarlar və maarifləndirici tədbirlər təşkil edilir.

           Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.05.2022 16:11