AZ EN RU

Muxtar respublika çempionatı davam edir

    Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan minifutbol üzrə muxtar respublika çempionatı keçirilir.
    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Futbol Federasiyasının birgə təşkil etdiyi çempionatda 2011-ci il təvəllüdlü futbolçular mübarizə aparırlar.
    8 komandanın iştirak etdiyi muxtar respublika çempionatında artıq finala yüksələn komandaların adları məlum olub. Belə ki, çempionatın həlledici qarşılaşmasında “Araz-Naxçıvan” və “Şərur” komandaları üz-üzə gələcək. Üçüncü yer uğrunda görüşdə isə azarkeşlər “Culfa”- “UGIM Naxçıvan” görüşünə şahidlik edəcəklər.
    Qeyd edək ki, görüşlər sabah keçiriləcək və qalib komandalar təşkilatçılar tərəfindən mükafatlandırılacaq.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 07.07.2022 21:17