AZ EN RU

Muxtar respublakada seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər artıq ayrılıb

Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi müddəti yanvar ayının 8-də başa çatıb. 
Seçki Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, dairə seçki komissiyasının (DSK) təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları səsvermə gününə azı 30 gün qalmış seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının ayrılmış lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsini təmin etməlidirlər.
Muxtar respublakadakı bütün seçki məntəqələrin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər artıq ayrılıb. 
Naxçıvan Muxtar Respublikasında 6 dairə seçki komissiyası  və 310 məntəqə seçki komissiyası fəaliyyət göstərir. 
1 saylı Şərur - Sədərək  seçki dairəsi – DSK sədri Niyaz Əsgərov
2 saylı Şərur - Kəngərli seçki dairəsi – DSK sədri Kənan Qəhrəmanov 
3 saylı Babək - Şahbuz - Kəngərli seçki dairəsi – DSK sədri Taməddin Hüseynov
4 saylı Naxçıvan şəhər seçki dairəsi – DSK sədri Çingiz Həsənli 
5 saylı Babək – Naxçıvan - Culfa seçki dairəsi – DSK sədri Əzim Əzimov
6 saylı Ordubad - Culfa seçki dairəsi– DSK sədri Həsən Həsənov

Nəşr edilib : 11.01.2024 17:52