AZ EN RU

Muxtar Babayev Yaponiyanın ətraf mühit nazirinin müavini ilə görüşüb

COP29-un prezidenti Muxtar Babayev Yaponiyanın ətraf mühit nazirinin müavini Matsudzava Yutaka ilə görüşüb.

Bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“COP29 sədrliyi Uhanda keçirilən VIII İqlim Fəaliyyəti Nazirlər Toplantısı (MoCA) çərçivəsində Yaponiyanın ətraf mühit nazirinin müavini Matsudzava Yutaka ilə məhsuldar müzakirələr aparıb. MoCA tərəflər üçün COP29-dan əvvəl görüşmək və irəliləyiş əldə etmək üçün yaxşı fürsətdir”, - paylaşımda bildirilib.

Nəşr edilib : 23.07.2024 14:15