AZ EN RU

Muxtar Babayev Efiopiyanın inkişaf naziri ilə görüşüb

COP29-un prezidenti Muxtar Babayev Efiopiyanın planlaşdırma və inkişaf naziri Fitsum Assefa ilə görüşüb.

Bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.

Bildirilib ki, COP29 sədrliyi nazir Fitsum Assefa ilə ikitərəfli müzakirələr aparıb: “İnkişafın planlaşdırılması iqlim fəaliyyətinə nail olmaq üçün həyati əhəmiyyət kəsb edəcək. Odur ki, bu, COP29 ambisiya səviyyələrini yüksəltmək və iqlim maliyyəsi vasitəsilə hərəkətə keçmək üçün tərəfləri bir araya gətirir”.

Nəşr edilib : 01.07.2024 17:00