AZ EN RU

Muxtar Babayev BMT-nin İşçi Qrupu ilə görüşüb

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev BMT-nin Azərbaycan nümayəndəliyi də daxil olmaqla BMT-nin İşçi Qrupu ilə görüşüb.

Bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və BMT-nin Ətraf Mühit Proqramının (United Nations Environment Programme – UNEP) nümayəndələri ilə qlobal iqlim fəaliyyətinin yaxşılaşdırılması üçün görülməli tədbirlər müzakirə edilib.

Nəşr edilib : 07.06.2024 15:00