AZ EN RU

Müvəkkil məruzəsində bir sıra təkliflər irəli sürüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclasında çıxış edən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva illik məruzəsində təkliflər irəli sürüb.
Ombudsmanın mətbuat xidmətindən “Şərq qapısı” qəzetinə bildirilib ki, müvəkkil çətin həyat şəraitində olan, o cümlədən məişət zorakılığından zərərçəkmiş şəxslərin, xüsusən qadın və uşaqların təhlükəsizliyinin və müdafiəsinin xüsusi təlim keçmiş mütəxəssislərin köməyi ilə təmin edilməsi məqsədilə yardım mərkəzlərinin, sığınacaq evlərinin, psixoloji dəstək mərkəzlərinin yaradılması təklifini irəli sürüb. Həmçinin əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi və obyektivliyin təmin edilməsi məqsədilə tibbi-sosial ekspert komissiyaları ilə həkim məsləhət komissiyaları arasında funksional əlaqələndirmənin təmin edilməsi də Ombudsman tərəfindən təklif olunub.
Ombudsman qeyd edib ki, imtiyazlı qruplardan olan və dövlət hesabına dərman preparatları ilə təmin edilən şəxslərin sağlamlığının qorunması hüququnun daha səmərəli təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə diqqətin artırılması olduqca əhəmiyyətlidir.

Nail ƏSGƏROV
 

Nəşr edilib : 04.04.2024 16:58