AZ EN RU

Mütəxəssis toplantısı keçirilir

    Əlahiddə Ümumqoşun Orduda snayperlərin peşəkarlıqlarının artırılması məqsədilə mütəxəssis toplantısı keçirilir.
    Toplantının planına əsasən atəş mövqeyi seçərək maskalanmış snayperlər müxtəlif üsul və vasitələrdən istifadə edərək sərrast atəşlə hədəfin məhv edilməsi və digər fəaliyyətləri məşq edirlər.
    Döyüş meydanında hədəfləri zərgər dəqiqliyi ilə məhv etmək üçün snayperlərə çətin şəraitlərdə təmkinli və yüksək fiziki hazırlığa malik olmaq kimi xüsusiyyətlər aşılanır.
    Toplantıda snayperlərin müxtəlif şəraitlərdə saatlarla müşahidə aparma, həyatdaqalma və dəqiq atəşaçma bacarıqları təkmilləşdirilir.

Nəriman Nəcəfov

Nəşr edilib : 23.02.2022 18:31