AZ EN RU

“Mütaliə aylığı” çərçivəsində tədbir təşkil edilib

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə “Mütaliə aylığı” layihəsi çərçivəsində tədbir keçirilib. 
    Məktəbin direktoru Esmira Həsənova çıxış edərək mütaliənin  şagirdlərin mənəvi aləminin zənginləşdirilməsində, dünyagörüşünün və biliyinin artırılmasındakı rolundan danışıb, bu istiqamətdə “Mütaliə aylığı” layihəsinin olduqca böyük əhəmiyyətini diqqətə çatdırıb. 
    Sonra Naxçıvan Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Sevda Kərimova müəllifi olduğu “Sevimli nağıllar”, “Günəşin dostları”,  “Mavi portağal”, “Çərpələng” kitabları barədə şagirdlərə  ətraflı məlumat verib. 
    Qeyd edək ki, belə tədbirlərin təşkilində məqsəd şagirdlərin maariflənməsi, nitqinin inkişafı, onlara vətənpərvərlik hissinin aşılanmasıdır.

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 11.04.2022 19:24