AZ EN RU

Müstəqilliyin bərpası

Babək Rayon Mədəniyyət sarayında “Müstəqilliyin bərpası Günü” ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Ümummili Lideri Heydər Əliyevin və Azərbaycan Republikasının ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə açan Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunduğunu qeyd etdi. 

  Səbinə Abbasova çıxışını davam etdirərək 1993-cü ilin yayında Azərbaycan öz dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı illərdə Azərbaycan dövlətçiliyini dağıtmaq istəyənlərə üzünü tutan ulu öndər demişdi: “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”. 

Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik prinsipləri zaman keçdikcə daha da möhkəmlənir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən ölkəmizdə hüquqi-demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən islahatlar uğurla davam etdirilir. Ölkəmizdə bir sıra uğurlu infrastruktur layihələri gerçəkləşdirilmiş, yeni iş yerləri açılmış, iqtisadiyyat, sənaye istehsalı bir neçə dəfə artmış, əhalinin sosial rifah halı xeyli dərəcədə yaxşılaşdırılmış, müstəqilliyin qarantı olan güclü ordu yaradılmış və Azərbaycanın ərazi bütölüyü bərpa edildiyini qeyd etmiş, sonda çıxışını Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi dəyərli fikiri ilə tamamlamışdır: “Müstəqil olmaq, azad olmaq böyük xoşbəxtlikdir. Bizdən əvvəlki nəsillər əsrlər boyu müstəqillik eşqi, müstəqillik arzuları ilə yaşamışlar və həyatdan getmişlər. Amma bu müstəqilliyi görməmişlər. Biz, bizim nəsil xoşbəxtdir. Biz nəinki müstəqilliyi görürük, biz müstəqilliyi möhkəmləndiririk”.

Tədbirdə çıxış edən rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadə müstəqillik illərində digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də dinamik inkafın olduğunu qeyd etmişdir. 

Tədbirin sonunda müstəqilliyin bərpası gününə həsr olunmuş film nümayiş olunmuş, Babək Rayon Mədəniyyət İdarəsinin yaradıcı kollektivləri tərəfindən vətənpərvərlik mövzusunda mahnı və rəqslər ifa edilib, şeirlər qiraət olunmuşdur.

Xəbərlər söbəsi

Nəşr edilib : 19.10.2023 20:26