AZ EN RU

Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (MDİHK) Qarabağda infrastruktura dəyən bərpa olunmaz ziyanın miqyasından sarsılıb

Bunları  İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (MDİHK) sədr müavini Hacı Ali Açıkgül Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“2021-ci ilin sentyabrında biz Qarabağa mövcud vəziyyətlə tanış olmaq, 2023-cü ildə isə regionda insan hüquqları və humanitar yardımla bağlı vəziyyətin qiymətləndirilməsi üçün təkrar səfər etdik. MDİHK nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə infrastruktura dəyən bərpası mümkün olmayan zərərin miqyasından sarsılıb. Ermənistanın işğalçı qüvvələri tərəfindən sosial və biznes obyektlərinin kütləvi şəkildə dağıdılması insan hüquqlarının ciddi şəkildə pozulmasıdır”, - o bildirib.

Onun sözlərinə görə, minalar mülki şəxslər, o cümlədən uşaqlar arasında çoxsaylı itki və xəsarətlərə səbəb olub və keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına əhəmiyyətli dərəcədə maneə törədib: “Minaların mövcudluğu, həmçinin kənd təsərrüfatı fəaliyyətlərinə, infrastrukturun inkişafına və təsirə məruz qalan rayonlarda ümumi iqtisadi bərpaya mane olur”.

Nəşr edilib : 30.05.2024 14:11