AZ EN RU

Mustafa Yavuz: “Sərhəd ticarəti işlərinin iki ölkədə yaşayan vətəndaşlara da faydası olacağını düşünürük”

Naxçıvana gerçəkləşən bu ziyarətimizdən böyük məmnunluq duyuruq. Türkiyə Cümhuriyyəti Ticarət Nazirliyi olaraq qardaş ölkə Azərbaycanla, onun Naxçıvan Muxtar Respublikası ilə sərhəd ticarətinin inkişaf etdirilməsi arzusundayıq. 
Bu sözləri “Şərq qapısı”na müsahibəsində Türkiyə Respublikasının Ticarət Nazirliyinin departament rəhbəri Mustafa Yavuz söyləyib.
O deyib: “Bizim qonşu vilayətlər-İğdır və Qars ilə ediləcək sərhəd ticarəti işlərinin iki ölkədə yaşayan vətəndaşlara da faydası olacağını düşünürük. İnanırıq ki, bu gerçəkləşdirəcəyimiz işlərlə, fəaliyyətlərlə ikili ticarət məhsulları daha yüksək səviyyələrə çıxacaq və hər kəsin xeyirinə bir ticarət reallaşacaq”. 
Qeyd edək ki, bu gün Naxçıvan Biznes Mərkəzində dövlət rəsmiləri, Türkiyə Respublikasının Ticarət Nazirliyi və Şərqi Anadolu İxracatçılar Birliyinin nümayəndə heyəti və naxçıvanlı sahibkarların iştirakı ilə “Azərbaycan-Türkiyə ticarət əlaqələri: Naxçıvanın ixrac imkanları” mövzusunda tədbir keçirilib. 

Nail ƏSGƏROV

Nəşr edilib : 15.05.2024 14:43