AZ EN RU

Musiqi təhsili müəssisələrinə növbəti işə qəbul imtahanları keçirilib

    Müsabiqəyə çıxarılmış 70 vakant vəzifənin tutulması üçün 91 namizəd qeydiyyatdan keçib. Ən çox vakant vəzifənin (26) Şərur Rayon Mədəniyyət İdarəsi üzrə çıxarıldığı imtahanda daha sıx müsabiqə vəziyyəti konsertmeyster-fortepiano (27), kamança (13) və tar (13) ixtisasları üzrə olub. 
    Ayrılmış 75 dəqiqə vaxt çərçivəsində hər bir namizədə müəssisələrdə tədris olunan ixtisaslar üzrə 50 test tapşırığı təqdim edilib. Test tapşırıqlarının 60 faizini (30 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir və müsahibə mərhələsinə buraxılır. İmtahanın nəticəsi “Test imtahanının nəticəsi haqqında arayış”la rəsmiləşdirilir. 
    Test imtahanının nəticələrinə görə imtahanda iştirak edən 90 namizəddən 54-ü keçid balını toplayaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. 

Naxçıvan Muxtar Respublikası 
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 05.09.2022 17:56