AZ EN RU

Musiqi Kollecinə işə qəbul imtahanları keçirilib

    102 vakant vəzifənin çıxarıldığı budəfəki müsabiqədə müvafiq vəzifələrin tutulması üçün 37 namizəd müraciət edib. Test üsulu ilə keçirilən imtahanda hər bir namizədə, ümumilikdə, 80 olmaqla ixtisas üzrə 70, informasiya və kommunikasiya texnologiyalarına aid 10 test tapşırığı təqdim edilib və namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 120 dəqiqə vaxt verilib.Test imtahanında ən azı 48 bal toplamış namizədlər bu mərhələdən keçmiş sayılırlar.

    Müvafiq müəllim vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi üzrə elmi dərəcəsi olan şəxslər həmin vəzifəyə işə qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində, kitabxanaçı vəzifəsini tutmaq istəyən namizədlər isə yalnız test imtahanı mərhələsində iştirak edirlər.
    Test imtahanı mərhələsi başa çatdıqdan sonra 1 ay müddətində həmin vakant vəzifənin tutulması üçün müsahibə mərhələsi keçiriləcək. 
    Naxçıvan Dövlət Universitetinin Musiqi Kollecinin ixtisaslı kadrlarla komplektləşdirilməsi məqsədilə keçirilən müsabiqəyə ən çox vakant vəzifə Konsertmeyster-fortepiano ixtisası üzrə çıxarılıb. Ən çox müraciət isə Fortepiano ixtisası üzrə qeydə alınıb. 
    Qeyd edək ki, imtahanın nəticələrinə əsasən test mərhələsində iştirak edən 37 namizəddən 30-u müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. 

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 23.12.2022 21:54