AZ EN RU

Müsahibə mərhələsi keçirilib

    102 vakant vəzifənin çıxarıldığı və Naxçıvan Musiqi Kollecinin ixtisaslı kadrlarla komplektləşdirilməsi məqsədilə baş tutan müsabiqənin test mərhələsində iştirak üçün 37 namizəd müraciət edib. Test mərhələsində uğur qazanan 30 namizədin iştirakı ilə keçirilən müsahibə mərhələsinin təşkili üçün 3 nəfərdən ibarət tərkibdə – mərkəzin 1 nümayəndəsi, 1 müstəqil ekspert və Naxçıvan Dövlət Universitetinin 1 nümayəndəsi daxil olmaqla müsahibə komissiyası yaradılıb.
    Müsahibə namizədin vakant vəzifəyə uyğunluğunu müəyyən etmək üçün müsahibə komissiyasının ona suallar, tapşırıqlar verməsi və namizədin həmin sualları cavablandırması, müsahibə komissiyası üzvlərinin müşahidə aparması və qısa izahlar verməsi yolu ilə həyata keçirilib. 
    Bu mərhələdə iştirak edən 27 namizəddən 24-ü uğur qazanıb.
 

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzininmətbuat xidməti

Nəşr edilib : 26.01.2023 19:24