AZ EN RU

Müsabiqəyə 198 iş təqdim olunub, 28 uşaq qalib elan edilib

2023-cü ildə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ümumdünya Uşaq Günü ilə əlaqədar “Uşaq hüquqları uşaqların gözü ilə” adlı esse və rəsm yaradıcılıq müsabiqəsi elan olunub.

Komitənin mətbuat xidmətindən verilən məlumata əsasən müsabiqəyə 115 esse və 83 rəsm olmaqla ümumilikdə 198 iş təqdim olunub, qalib olan 28 uşaq diplom və hədiyyələrlə təltif edilib. Bədii hissə ilə davam edən tədbirdə uşaqların ifasında müxtəlif mahnı və rəqs nümunələri nümayiş olunub, sonda müsabiqədə rəsm üzrə yer tutmuş iştirakçıların rəsm əsərlərinə baxış keçirilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 19.01.2024 17:19