AZ EN RU

Müsabiqənin test mərhələsinin nəticələri elan olundu

Naxçıvanda ilk dəfə olaraq keçirilən  direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin test mərhələsinin nəticələri elan olundu
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün yanvarın 27-də keçirilən  müsabiqənin test mərhələsinə   23 təhsil müəssisəsindən 25 vakant vəzifə çıxarılmışdır. 

Müsabiqəyə 109 namizəd sənəd vermiş, onlardan 12-si müəyyən səbəblərdən test mərhələsində iştirak etməmişdir.  

Müsabiqədə iştirak edən   97 namizəddən  67-si  test mərhələsində  sualların 50 faiz və daha çoxunu düzgün cavablandıraraq  müsahibə mərhələsinə iştirak hüququ qazanmışdır. 

Qeyd edək ki, keçid balını toplayan 67 namizəd   müsahibə mərhələsinə buraxılaraq komissiya  tərəfindən  müsahibə olunacaq.
  
İşə qəbul müsabiqəsinin test mərhələsinin nəticələri ilə bağlı məlumat namizədlərə SMS vasitəsilə göndərilib.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.01.2024 15:32