AZ EN RU

Müsabiqə qalibləri mükafatlandırılıb

    Yaxın günlərdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Kenquru Beynəlxalq riyaziyyat müsabiqəsinin qalibləri mükafatlandırılıb. Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov iştirak edib. Hər il mərkəzi Fransa olmaqla  dünyanın 80-dən çox ölkəsində təşkil olunan müsabiqə Naxçıvan Muxtar Respublikası Təhsil Nazir­liyinin təşkilatçılığı ilə 14 noyabr 2021-ci il tarixdə muxtar respublikada da keçirilib. Müsabiqədə təhsil müəssisələrinin II-X siniflərində təhsil alan 2302 şagird riyaziyyat fənni üzrə öz biliklərini yoxlayıblar. Təşkilat Komitəsi tərəfindən müsabiqənin  nəticələri  qiymətləndirilib, muxtar respublika şagirdlərindən 43 nəfər qaliblər sırasına daxil edilib. Bunlardan 10-u I, 14-ü II, 19-u isə III yerin qalibləridir. Müsabiqə qaliblərinə diplom və medallar  təqdim  olunub.
    Qeyd edək ki, müsabiqə və  olimpiadaların keçirilməsində məqsəd xüsusi istedadlı uşaqların üzə çıxarılması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə və peşə seçiminə hazırlanmasına zəmin yaradılmasından ibarətdir.

Xəbərlər şöbəsi

Nəşr edilib : 09.03.2022 19:16