AZ EN RU

Müsabiqə elan olunur

Şərq qapısı qəzeti yeni loqosunun hazırlanması ilə bağlı müsabiqə elan edir. Müsabiqəyə indiyə qədər istifadə olunmayan və mövcud loqotiplərin elementlərini təkrarlamayan nümunələr təqdim olunmalıdır.

 Loqoda iki rəngdən göy və ağ rənglərdən istifadə olunmalıdır.  Loqonun dizaynı özündə  Naxçıvanın qədim tarixinin  elementlərini əks etdirməklə yanaşı, orijinal və konseptual görünüşlə fərqlənməlidir. Qalib gələn loqo istənilən tərzdə təbliğat məhsullarında istifadə etməyə uyğun olmalıdır.

Təqdim olunan loqotiplər aşağıdakılardan ibarət olmalıdır:

- loqotipin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə)

- loqotipin vektor versiyası (*eps, *ai).

Təkliflər 20 may 2024-cü ilə qədər info@serqqapisi.gov.az e-mail ünvanına göndərilməlidir. Layihəni təqdim edən şəxs emaildə adını, soyadını, əlaqə nömrəsini qeyd etməlidir. Müsabiqədə istənilən şəxs və ya şirkət iştirak edə bilər.

Təqdim olunan təkliflər komissiya tərəfindən dəyərləndiriləcək və müsabiqənin qalibi elan olunacaq.

Qalib loqonun müəllifinə 1000 manat mükafat təqdim ediləcək.

Nəşr edilib : 02.05.2024 17:47