AZ EN RU

Müqəddəs Ramazan bayramı ilə əlaqədar bu gün səhər Naxçıvan Muxtar Respublikasının məscidlərində də bayram namazı qılınıb

Müqəddəs Ramazan bayramı ilə əlaqədar bu gün səhər Naxçıvan Muxtar Respublikasının məscidlərində də bayram namazı qılınıb.
Bayram namazı Naxçıvan şəhərindəki Heydər məscid kompleksində, Sarvanlar, Pirqəmiş, Came,  Kazım Qarabəkir məscidlərində və muxtar respublikanın rayon və kənd məscidlərində qılınıb.
Yüzlərlə muxtar respublika sakininin qatıldığı bayram namazında şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.

Nəşr edilib : 10.04.2024 10:43