AZ EN RU

Münaqişələr dünya enerji bazarında Rusiyanın vəziyyətini gərginləşdirib

Yaxın Şərqdəki müharibə səbəbindən Qırmızı  dənizdə   yaranmış təhlükəli vəziyyət və həmçinin Rusiyanın Ukraynaya hücumuna  görə ABŞ-ın sanksiyalarına məruz  qalması  qlobal ticarətin,  həmçinin enerji daşıyıcılarının daşınmasına  ciddi təsir edib.  Belə ki, “vz.ru” saytının məlumatlarına əsasən,  yanvarın ortalarından  etibarən Süveyş  kanalından  keçən tankerlərin sayı 2  dəfə  azalmış,  digər marşrutların seçilməsinə görə isə xərclər,  həmçininr sığorta məsrəfləri xeyli   artmışdır.   Logistika   çətinlikləri  səbəbindən Uzaq Şərqdən   Saxalin  neftinin ixracı  da  ABŞ  sanksiyaları səbəbindən  çətinliklərlə üzləşib. Belə ki, “Reuters” agentiliyinin  xəbərinə  görə artıq bir neçə həftədir ki, Rusiyaya  məxsus 14 tankerə  yüklənmiş 10 milyon barrel neft Cənubi Koreya limanlarında  satış problemi ilə  üzləşib.
Əli Cabbarov

Nəşr edilib : 27.01.2024 11:15