AZ EN RU

Mülkiyyət hüququnun pozulması ilə əlaqədar 594 müraciət daxil olub

Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən mülkiyyət hüququ pozulmuş vətəndaşların hüquqlarının bərpası ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Verilən məlumata görə 2023-cü ilin əvvəlindən 1 fevral 2024-cü il tarixədək İcra Hakimiyyətinə mülkiyyət hüququnun pozulması ilə əlaqədar 594 müraciət daxil olub və həmin vətəndaşlara cavab məktubları göndərilərək aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüquqları izah edilib. Onlardan 395 nəfəri aidiyyəti üzrə məhkəməyə müraciət edib.

Məlumatda o da qeyd olunur ki, vətəndaşlara dəymiş zərərə görə sökülən daşınmaz əmlak və torpaq sahələrinin əvəzinə kompensasiya ödənilməsi və ya torpaq sahəsinin əvəzləşdirilməsi ilə əlaqədar 258 vətəndaşla razılıq əldə olunub. Müvafiq məqsədlə Naxçıvan şəhərinin Xətai məhəlləsində qeyri-yaşayış sahəsi üçün 10 hektar və Qaraxanbəyli kəndi ərazisində yaşayış sahəsi üçün 3 hektara yaxın torpaq sahəsi ayrılıb.

Nail ƏSGƏROV

Nəşr edilib : 16.02.2024 14:45