AZ EN RU

Mühasiblər üçün keçirilən təlimə yekun vurulub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Nazirliyə tabe müəssisələrin mühasibləri üçün 1C proqramı ilə bağlı  keçirilən təlim yekunlaşıb.      
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən keçirilən  5 günlük  təlimlərdə iştirakçılara mühasibat uçotunun aparılması, kassa, bank,  mal-material,  ƏDV  ilə bağlı əməliyyatların  yerinə yetirilməsi və digər mövzularda məlumatlar verilib.  

Naxçıvan Muxtat Respiblikası Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 03.02.2024 12:19