AZ EN RU

Müğənni Murad Arif: "Konsert proqramı yüksək əhvali-ruhiyyə ilə yaddaqalan oldu"

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən Bahar festivalının son günü maraqlı konsert proqramı ilə yadda qaldı. Bir-birindən rəngarəng mahnıları ilə insanlarda xoş ovqat yaradan Azərbaycanın sevilən müğənnisi Murad Arif təəssüratlarını "Şərq qapısı" qəzeti ilə bölüşdü: - İlk dəfədir, Naxçıvanda konsert proqramı ilə  sevənlərimizlə  bir araya gəldik. Bu bayramda çalışdıq ki, səsləndirdiyimiz ifalarla böyükdən-kiçiyə hər kəsi əyləndirə bilək.  Naxçıvan sakinlərinin yüksək əhvali-ruhiyyəsi konsert proqramımızı daha da yaddaqalan etdi. Təşkilatçılıq yüksək səviyyədə idi. Bizim üçün doğma olan Naxçıvanda konsert vermək ayrı bir qürurdur.  Naxçıvan haqqında o qədər gözəl təəssüratlara sahibəm ki, gəlməmişdən öncə buranın tarixi haqqında müxtəlif məlumatlar əldə etmişəm. Naxçıvan yallısın isə xüsusi vurğulamaq istərdim ki, birliyin, bərabərliyin rəmzi olan  bu yallının tayı, bənzəri yoxdur. Buradan bütün Azərbaycan xalqını, o cümlədən Naxçıvan sakinlərini Novruz bayramı münasibətilə təbrik edirəm, yenidən maraqlı konsert proqramlarında görüşmək ümidi ilə.

Nəşr edilib : 24.03.2024 22:09