AZ EN RU

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə yekun vurulub

Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə yekun vurulub.
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq bu il ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada muxtar respublikada 2-10 iyul tarixlərində keçirilən müəllimlərin işə qəbulu müsabiqənin test imtahanı mərhələsi bu gün yekunlaşıb. Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan imtahan mərkəzində təşkil olunan imtahanların şəfaflığın təmini məqəsdilə elektron daşıyıcılar, səs və görüntüləri qeyd edən veb kameralara quraşdırılıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikasıı Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən imtahanlara 1667 namizəd dəvət olunub, onlardan 1341-i (80.4 faizi) imtahanda iştirak edib, 323-ü (19.6 faizi) imtahanda iştirak etməyib. Test imtahanında 40-a yaxın namizəd 80 və üzəri bal toplayıb. Muxtar respublika üzrə ən yüksək nəticəni ər-arvad olan namizədlər kimya fənnindən 95 bal Ələkbər Ağayev, ingilis dili fənnindən isə 93,75 bal Sura Rüstəmova göstərib.
Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasının ümumitəhsil məktəblərində vakant olan yerlərin elektron portala yerləşdirilməsi prosesi davam edir. Muxtar respublikanın ümumtəhsil məktəblərindən 512 vakant yer (4538 saat) müsabiqənin test imtahanı mərhələsində uğur qazanan namizədlərə təklif olunacaq. Təklif olunan yerlər ötən illə müqayisədə təqribən 2 dəfədən artıq (ötən il: 200 yer, 2407 saat) çoxdur.

Nəşr edilib : 10.07.2024 15:20