AZ EN RU

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib

Dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib.

Müdafiəyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyularaq xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.

Nəşr edilib : 12.12.2023 11:11