AZ EN RU

Müdafiə Nazirliyi: Silahlı Qüvvələrimizin Ağdərə yaşayış məntəqəsini atəşə tutması barədə məlumatlar əsassızdır

Ermənistan mətbuatında guya Azərbaycan Silahlı Qüvvələrinin Ağdərə yaşayış məntəqəsini atəşə tutması barədə yayılan məlumatların heç bir real əsası yoxdur, tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Qarşı tərəfin yaydığı növbəti dezinformasiya xarakterli məlumatı qəti surətdə təkzib edirik”, - deyə qeyd olunub.

Nəşr edilib : 20.09.2023 10:53