AZ EN RU

Müdafiə Nazirliyi: Ordumuz tərəfindən Ermənistan ordusunun bölmələrinə atəş açılması ilə bağlı məlumat tam yalandır

"Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb".

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır. Yayılan məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.

Nəşr edilib : 12.10.2022 10:44