AZ EN RU

Müdafiə Nazirliyi: Ermənistan ordusuna məxsus kvadrokopterlərin kəşfiyyat uçuşlarının qarşısı alınıb

İyulun 8-də Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterlər Ordumuzun Naxçıvan Muxtar Respublikası və Laçın rayonu ərazilərində yerləşən mövqeləri, qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter isə Xocavənd rayonu Tağaverd kəndi istiqamətində yerləşən bölmələrimizin mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar aparmağa cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən kvadrokopterlərin fəaliyyətinin qarşısı alınıb.

Nəşr edilib : 09.07.2023 10:35