AZ EN RU

Müdafiə Nazirliyi: Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə məlumatlar dezinformasiyadır

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Bildiririk ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir.

Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur.

Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqqında əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq”,- deyə məlumatda qeyd olunur.

Nəşr edilib : 16.09.2022 16:16