AZ EN RU

Müasir otelçilik standartları ilə xidmətinizdə - “APF Otellər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyəti

Dünya mətbəxinin ləziz təamları, tanınmış

firma məhsulları, komfortlu otaqlar...

“APF Şirkətlər Qrupu” otelçilik sektorunda “APF Otellər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsilə təmsil olunur. Cəmiyyətin daxilində fəaliyyət göstərən və onun birbaşa idarəçiliyi altında olan “Saat Meydanı’’ və “Qrand’’ otelləri Naxçıvan şəhərində yerləşir.

Klassik və milli memarlıq üslubunda inşa olunmuş “Saat Meydanı” oteli ikimərtəbəli binadan, 21 metrlik saat qülləsindən və meydandan ibarətdir. İki girişi olan binada 2 dükan, uşaq əyləncə bölməsi, 1 konfrans zalı, 4 restoran və 2 kafe yerləşir. Burada sakinlərə və turistlərə milli, Türkiyə, eləcə də Çin, Amerika, gürcü və yapon mətbəxlərinin nümunələri təqdim olunur. Geyim dükanlarında dünya firmalarının məhsulları alıcılara təklif edilir. Oteldə 43 standart və 4 suit olmaqla, 47 otaq vardır. Burada turistlərin rahatlığı üçün bütün lazımi şərait yaradılıb. Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsi 24 ünvanında yerləşən “Qrand” otel 5 mərtəbədən ibarətdir. Oteldə müştərilərin istirahəti üçün hər cür şəraitə malik 32 nömrə vardır. Burada restoran və kafe də fəaliyyət göstərir.

Qeyd edək ki, “APF Şirkətlər Qrupu” bir sıra layihələrə təşkilati dəstək də göstərir. Bunlardan bu yaxınlarda “Heydər Əliyev İli” çərçivəsində reallaşdırılan “Yeniyetmə qızların liderlik və motivasiya məktəbi”ni, eləcə də Naxçıvan Dövlət Universitetinin tələbələri tərəfindən Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə “Saat meydanı” turistik istirahət mərkəzində təşkil olunan fləşmobu göstərmək olar.

Nail ƏSGƏROV

Nəşr edilib : 08.01.2024 10:16