AZ EN RU

Müasir çağırışlara cavab verən hüquq islahatları

    Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrinin davamı kimi müstəqilliyini bərpa etdikdən sonra demokratik və hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Lakin o vaxt Azərbaycanda hökm sürən xaos dövlət quruculuğu prosesində qarşıda duran həyati əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. 

    Ölkəmizin belə bir ağır vəziyyətində xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycanda sabitliyi bərpa etməyə nail olaraq  qarşıda duran taleyüklü dövlət quruculuğu məsələlərini həyata keçirməyə başladı. 
    Xalqımızın hüquqi və demokratik cəmiyyətdə yaşamaq arzusu isə Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə həyata keçirdiyi hüquq islahatlarının nəticəsi olaraq reallaşdı. Bu islahatların əsası isə 12 noyabr 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi ilə qoyulmuşdur. Müstəqilliyimizin əsаs аtributu оlаn Kоnstitusiyаnın qəbul еdilməsi isə Аzərbаycаnın dövlət və hüquq tаriхində хüsusi yеr tutаn mühüm hаdisələrdən biridir. Dövlətimizin fоrmаlаşmаsındа, hüquq sistеminin və milli qаnunvеriciliyin inkişаfındа Kоnstitusiyаnın əhəmiyyəti əvəzsizdir. 
    Hüquqi islahatların həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldı. Bu islahatların təməlində ümumbəşəri demokratik prinsiplər, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi kimi fundamental dəyərlər, ədalət mühakiməsinin prinsipləri dayanır.
    Hüquq islahatları bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mahiyyət etibarilə müasir çağırışlara cavab verən hüquq islahatları qanunların və digər normativ-hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə, hüquq-mühafizə sistemində islahatların aparılması, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edir.
    Sürətlə bir-birini əvəz edən uğurlar əsas qanunumuz olan Konstitusiyaya müəyyən əlavə və dəyişiklikləri zəruri etmişdir. Kоnstitusiyаyа əlаvələr və dəyişikliklərin еdilməsi dаim inkişаfdа оlаn ictimаi həyаtın оbyеktiv tələblərindən irəli gəlir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar, sosial-iqtisadi islahatların dərinləşməsi, Avroatlantik məkana inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi, bütövlükdə, respublikanın həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər və pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında bir sıra əlavə və dəyişikliklərin edilməsini gündəmə gətirmişdir. Bu da, son nəticədə, ümumi inkişafımıza, qanunlarımızın daha mükəmməl olmasına, insan haqlarının ardıcıl və mükəmməl müdafiəsinə yeni imkanlar açmışdır. 
    Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi tarixin sınağından uğurla çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir. 
    Dövlət başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə Ümummilli Liderimiz  Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq iyunun 18-i Azərbaycan Respublikasında “İnsan Hüquqları Günü” kimi təsis edilib.
    Dövlət başçısı cənab İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamda Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib. Dövlət başçısının digər Sərəncamı ilə 2011-ci il dekabrın 27-də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” qəbul olunub. 
    Konstitusiyada prokurorluq orqanları məhkəmə hakimiyyəti fəslinə daxil edilir və prokurorluğun demokratik cəmiyyətlərə xas olan funksiyaları müəyyənləşdirilir. Cəmiyyətin sürətli inkişafı prokurorluğun funksiyalarına və statusuna da yenidən baxılmasını zəruri  etmişdir. Adıçəkilən qurumda həyata keçirilən islahatların əsas məqsədi ölkənin gələcək inkişafına və demokratik, hüquqi dövlət quruculuğu prinsiplərinə uyğun olaraq prokurorluğun səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, kadrların peşəkarlıq səviyyəsinin artırılmasıdır. 
    Prokurorluq orqanları müstəqil dövlətimizlə birgə inkişaf edir. Ölkəmizin davamlı tərəqqisi prokurorluğun müntəzəm inkişafının əsasını yaradır. Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə, hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar”.
     Prokurorluq orqanlarının ölkənin hazırkı inkişaf səviyyəsinə uyğun olaraq qarşıda duran vəzifələrin icrasını təmin etmək məqsədilə fəaliyyətinin çağdaş dövrün ictimai münasibətlərinə uyğun təkmilləşdirilməsi məqsədinə xidmət edən “Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” bu sahədə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl və mərhələli tədbirləri müəyyən etmişdir.
    Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün yeni mərhələnin başlanğıcını qoymuşdur. Dövlətçiliyin və sabitliyin qorunması, cinayətkarlığa və qanun pozuntularına qarşı mübarizə, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi işinə digər hüquq-mühafizə orqanları ilə yanaşı, prokurorluq orqanları da öz layiqli töhfəsini verə bilmişdir.
    Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlib, hazırda isə həmin proses Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar hüquq sisteminin davamlı inkişafını təmin etməkdədir. 
    Bəli, geridə qoyduğumuz 20 il cənab Prezidentin elan etdiyi prioritetlərin sürətlə reallaşması, ölkədə islahatların yeni mərhələyə qədəm qoyması və indiyədək qazanılan uğurların miqyasının daha da genişlənməsi, ən əsası isə ərazi bütövlüyümüzün təmin olunması və Azərbaycan Respublikasının Konstitusiyasının bütöv Azərbaycan ərazisində tam və ən yüksək hüquqi qüvvəsinin bərpa edilməsi ilə əlamətdardır. Yeni çağırışlara əsaslanan hüquq islahatları isə insan hüquqlarına etibarlı təminatdır.

Faiq SƏFƏROV
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə müdiri,
  baş ədliyyə müşaviri

Nəşr edilib : 15.12.2023 17:26