AZ EN RU

MSK sədri: İndiyədək 14 min 500-dən çox yerli müşahidəçi qeydiyyatdan keçib

Prezident seçkiləri ilə əlaqədar indiyədək qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı məlum olub.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

O qeyd edib ki, MSK-da 242, dairə seçki komissiyalarında 14 min 281 yerli müşahidəçi qeydiyyatdan keçib.

Nəşr edilib : 09.01.2024 17:34