AZ EN RU

MSK növbədənkənar parlament seçkilərini izləmək üçün 30-a yaxın təşkilata dəvət göndərəcək

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkilərini izləmək üçün 30-a yaxın təşkilata dəvət göndərəcək.

Bunu MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, seçki məntəqələrinin yeni sədrlərinə nəzarət etmək lazımdır:

"Müşahidəçilərə maneçilik yaradılması halı olmamalıdır. Ötən seçkilərdə müşahidəçilik edən şəxslərə dəvətlər hazırlamışıq. Təxmini 30-a yaxın təşkilata dəvət göndəriləcək".

Nəşr edilib : 02.07.2024 16:43