AZ EN RU

MSK-nın sədri: İşğaldan azad edilmiş ərazilərdə məntəqələrimiz artıq qurulub

İşğaldan azad edilmiş ərazilərdə bizim məntəqələrimiz artıq qurulub. Həmin ərazilərdəki məntəqələrimiz digər bölgələrdəki məntəqələrimizə nümunə ola bilər. Çünki həmin bölgələrdə intensiv tikinti-quraşdırma işləri aparılır.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Məzahir Pənahov bildirib ki, Mərkəzi Seçki Komissiyası həmin məntəqələri təchiz etməklə məşğuldur.

“Proses bu gün başa çatacaq və həmin məntəqələr səsverməyə tam hazır olacaq”, - deyə MSK sədri vurğulayıb.

Nəşr edilib : 08.01.2024 12:36