AZ EN RU

Mövlud Çavuşoğlu: Türkiyə Azərbaycanın Ermənistanla əhatəli sülh razılaşması imzalamaq təklifini dəstəkləyir

Türkiyə Azərbaycanın Ermənistanla əhatəli sülh razılaşması imzalamaq təklifini dəstəkləyir. Azərbaycan bölgədə sülhün, təhlükəsizliyin bərpa olunmasını istəyir.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə deyib.

Mövlüd Çavuşoğlu bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı fəaliyyət Azərbaycanla koordinasiyalı şəkildə aparılır. Bu koordinasiya bundan sonra da davam etdiriləcək. Zəngəzur dəhlizinin reallaşması da çox önəmlidir.

Nəşr edilib : 05.03.2022 15:56