AZ EN RU

Moskvadakı “Azərbaycan” pavilyonunda Novruz bayramı münasibətilə şənlik keçiriləcək

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTSN) “Azərbaycan” pavilyonunda Novruz bayramına həsr olunmuş şənlik keçiriləcək.
Novruz bayramı “Azərbaycan” pavilyonunda uzun illərdir qeyd olunur və bu il də istisna deyil.
XTNS-in qonaqları Azərbaycan qonaqpərvərliyinin zəngin dünyasına qərq ola, bu qədim bayramın mərasim və ənənələrinin sirlərini təsvir edən ekskursiyaya qatıla, bayram günlərində süfrəyə düzülən milli şirniyyatların bəzədilməsi üzrə ustad dərslərində iştirak edə biləcəklər.
Pavilyona gələnlərin “Yallı” oynamaq, gənc ifaçıların mahnılarını dinləmək, bayram yarışlarında və viktorinalarda öz şanslarını sınamaq, pavilyonun ticarət zalında milli şirniyyatlarla ətirli Azərbaycan çayından həzz almaq üçün unikal fürsətləri olacaq.
Eyni zamanda, “Azərbaycan” pavilyonu Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi üzrə Dövlət Agentliyi (AZPROMO) ilə birlikdə öz qonaqları üçün respublikada istehsal olunan milli məhsulların dequstasiyasını təşkil edəcək.
Pavilyonun ticarət zalında qurudulmuş meyvə və şirniyyat istehsalı üzrə ən yaxşı müəssisələrin məhsullarının nümunələri təqdim olunacaq. Qonaqlar ənənəvi Azərbaycan çayından, mövsümi meyvə kompotlarından, habelə Şamaxı şəhərinin qərb hissəsinin məşhur bağlarından dərilmiş üzümdən çəkilmiş orqanik şərabdan dada biləcəklər.

Nəşr edilib : 22.03.2024 22:23