AZ EN RU

Moskva vilayətində terror aktı nəticəsində ölənlərin sayı 137-yə çatıb

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 137-yə yüksəlib.
Bu barədə ölkənin İstintaq Komitəsi bildirib.
“Meyidlərin tanınması davam edir. Terror aktının baş verdiyi yerdə indiyədək 3-ü uşaq olmaqla 137 nəfərin meyidi tapılıb. Hadisə yerinin istintaqı davam etdirilir. İndiyədək kimi 62 meyidin kimliyi müəyyən edilib”, – qurumun açıqlayıb.
Eyni zamanda, “RİA Novosti” konsert zalındakı dağıntıların ayırd edilməsi zamanı hələ də meyitlərin aşkarlandığını bildirib. Ölənlərin sayının artması istisna edilmir.

Nəşr edilib : 24.03.2024 19:14