AZ EN RU

Moskva Dövlət Universitetinin Bakı filialı 2024/2025-ci tədris ili üçün bakalavriat səviyyəsinə qəbul elan edir

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı 2024/2025-ci tədris ili üçün bakalavr səviyyəsinə qəbul elan edir.

Qəbul aparılan ixtisasların siyahısı, qəbul planı, qəbul qaydaları və s. məlumatlarla elanın tam mətnində (Azərbaycan dilindərus dilində) tanış olmaq mümkündür.

MDU-nun Bakı filialının bakalavriat səviyyəsinə qəbul olmaq haqqında ərizə qəbulu elektron qaydada 1 avqust saat 12:00-dək aparılacaq. Ərizə göstərilən tarixədək filialın msu.az saytında və yaxud dim.gov.az saytında verilən keçid vasitəsilə doldurula bilər.

Ətraflı məlumat üçün əlaqə vasitələri:

E-mail: pk@msu.edu.az

Əlaqə nömrələri: (+994 12) 593 93 19, (+994 10) 215 75 15 (mobil)

Nəşr edilib : 02.07.2024 12:38