AZ EN RU

Monitorinqlər davam etdirilir

    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq sahənin inkişafı ilə bağlı sosial layihələr icra olunur, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilir. Komitə tərəfindən sərmayə kapitalından düzgün istifadə edilməsi üçün mütəmadi olaraq monitorinqlər təşkil edilir. 2022-ci il 29 iyul tarixdə “Qadınların Dayanıqlı İnkişafı üçün Səlahiyyətləndirilməsi”, həmin layihənin davamı olan “Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” və “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihələri çərçivəsində sərmayə kapitalı almış 5 qadının iş yeri və təsərrüfat sahəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən monitorinqlər keçirilib. Belə ki, verilmiş sərmayə kapitalı sayəsində damazlıq heyvandarlıq-iribuynuzlu təsərrüfatları ilə məşğul olan Şərur rayon Ərəbyengicə kənd sakini Kutayis Həsənova və Cəlilkənd sakini Sevil Mahmudova, damazlıq heyvandarlıq-xırdabuynuzlu təsərrüfatı ilə məşğul olan Çərçiboğan kənd sakini Təranə Süleymanova və əkinçilik fəaliyyəti ilə məşğul olan Yengicə kənd sakini Validə Seyidovanın təsərrüfat sahələrində və dərzilik fəaliyyət sahəsi ilə məşğul olan Qışlaqabbas kənd sakini Nabat Vəliyevanın dərzi sexində aparılan monitorinqlər zamanı məlum olmuşdur ki, hər biri aldıqları sərmayə kapitalından təyinata uyğun istifadə edərək təsərrüfatlarını və sahibkarlıq fəaliyyətlərini genişləndirmişlər. 
    Monitorinq zamanı heç bir neqativ hal və nöqsana rast gəlinməmişdir. 
    Sonda qadınlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 
mətbuat xidməti

Nəşr edilib : 01.08.2022 19:24