AZ EN RU

Monitorinqlər davam edir

Naxçıvan Muxtar Respublikasında qadınlar tərəfindən sahibkarlıq və kiçik biznesin inkişafına, eləcə də ailə təsərrüfatlarının qurulması və ya genişləndirilməsinə maddi dəstək göstərilir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq sahənin inkişafı ilə bağlı sosial layihələr icra olunur, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilir.
Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi”, həmin layihənin davamı olan “Naxçıvan Muxtar Respublikasında Covid-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” və “Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması”, "Ailə rifahı naminə qadınları maarifləndirək” layihələri çərçivəsində sərmayə kapitalı almış qadınların yaşadıqları ünvanlarda sərmayə kapitalından düzgün istifadə olunması və ya müvafiq sahələrin qurulması ilə əlaqədar 2023-cü il 23 avqust tarixində monitorinq keçirilib. 
Monitorinq zamanı məlum olub ki, layihə iştirakçıları olan Naxçıvan şəhər sakinləri İbrahimova Rəfayə Feyzulla qızı əkinçilik-üzümçülük, Əhmədova Şəbnəm Məhərrəm qızı xırdabuynuzlu heyvandarlıq və Babək rayon Şıxmahmud kənd sakini Əliyeva Aygül İsmayıl qızı dərzilik sahələri üzrə sərmayə kapitalından öz təyinatlarına uyğun istifadə edərək fəaliyyət sahələrini qurub və inkişaf etdiriblər. Monitoinq zamanı heç bir nöqsan aşkarlanmayıb. 
Sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası

 Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 23.08.2023 16:41