AZ EN RU

"Molla Nəsrəddin" jurnalının yaranmasının 117-ci ildönümü qeyd olunub

Aprelin 20-də Cəlil Məmmədquluzadənin Ev Muzeyində "Molla Nəsrəddin" jurnalının yaranmasının 117-ci ildönümü münasibətilə tədbir keçirilib. 
     Tədbirdə muzeyin direktoru Aytən Ələkbərova  bildirib ki, 20 aprel 1906-ci ildə "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!" çağırışı ilə mübarizə meydanına atılan jurnalın nəşri Azərbaycan ictimai fikir tarixində yeni dövrün-"Molla Nəsrəddin" dövrünün əsasını qoyub. Mübarizə amalını xalqın xosbəxtliyi yoluna həsr edən jurnal ilk nömrəsindən başlamış son nömrəsinə qədər  "vətən, millət, dil" ideasına xidmət  göstəribdir. Cəlil Məmmədquluzadənin dili ilə desək : “Molla Nəsrəddin" i təbiət özü yaratdı , zəmanə özü yaratdı”
Tədbirdə Naxçıvan şəhər Qızlar Liseyinin müəllimi Gülşən Ağayevanın "Molla Nəsrəddin" necə yarandı?” mövzusunda çıxışı dinlənilib. Liseyin 5-ci sinif şagirdləri Cəlil Məmmədquluzadənin dəyərli fikirlərini  qiraət ediblər.
Sonda "Molla Nəsrəddin-117" başlıqlı sərgiyə və muzeyin ekspozisiyasına baxış olub.

Naxçıvan Muxtar Respublikası
 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.04.2023 18:37