AZ EN RU

“Molla Nəsrəddin” jurnalının 118-ci ildönümü ilə bağlı tədbir keçirilib

Cəlil Məmmədquluzadənin Nehrəm Qəsəbəsində Xatirə Muzeyində “Molla Nəsrəddin” jurnalının 118-ci ildönümü ilə bağlı tədbir keçirilib.
“Ümummilli ideyalardan yaranan mətbuat orqanı -“Molla Nəsrəddin” adlı tədbirdə Cəlil Məmmədquluzadənin Nehrəm Qəsəbəsində Xatirə Muzeyinin direktoru Gülnarə Sadiqova, Babək Rayon Ağsaqqallar Şurasının sədri Tofiq Abutalıbov və Babək Rayon MKS-nin direktoru Məsmə Kərimli çıxış edərək Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” ədəbi məktəbi haqqında məlumat veriblər. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cəlil Məmmədquluzadə irsinə, həmçinin onun təsisçisi və redaktoru olduğu “Molla Nəsrəddin” jurnalına yüksək dəyər veriblər. 
Tədbirdə muzeyin əməkdaşları  “Molla Nəsrəddin” jurnalından parçalar səsləndirmiş, sonda “Molla Nəsrəddin-118” başlıqlı sərgiyə və muzeyin ekspozisiyasına baxış keçirilmişdir.

Nəşr edilib : 20.04.2024 17:49