AZ EN RU

Moldova nümayəndə heyəti Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) müşahidə missiyası fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək.

Bu barədə Moldova MSK-dan məlumat verilib.

Bildirilib ki, 3 nəfərdən ibarət olacaq nümayəndə heyətinə Moldova MSK-nın sədri Anjelika Karaman rəhbərlik edəcək. Nümayəndə heyətinə, həmçinin Mərkəzi Seçki Komissiyasının üzvləri Sergiu Lazar və Natalia Arvat daxildir.

Moldova MSK-nın müşahidə missiyası səsvermədən sonra seçkinin nəticələrinə dair hesabat yayacaq.

Nəşr edilib : 24.01.2024 15:38