AZ EN RU

Moldova fövqəladə vəziyyətin müddətini uzadıb

Moldova fövqəladə vəziyyətin müddətini daha 30 gün uzadıb.

Bu barədə ölkə parlamenti qərar qəbul edib.

Məlumata görə, qərar dekabrın 1-dən qüvvəyə minəcək.

Qeyd olunub ki, bu, regional təhlükəsizliklə bağlıdır.

Xatırladaq ki, Moldovada fövqəladə vəziyyət ötən il fevralın 24-də - Ukraynada müharibə başlayanda elan edilib. Daha sonra fövqəladə vəziyyətin müddəti 3 dəfə uzadılıb.

Nəşr edilib : 24.11.2023 19:34