AZ EN RU

M.N.İmanovanın Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mehriban Natiq qızı İmanova Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 oktyabr 2022-ci il

Nəşr edilib : 18.10.2022 16:37