AZ EN RU

MN: Xankəndi şəhərinin “Qrad” yaylım atəşli reaktiv sistemindən atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır

Ermənistanın bəzi sosial media hesablarında guya Xankəndi şəhərinin Silahlı Qüvvələrimiz tərəfindən “Qrad” yaylım atəşli reaktiv sistemindən atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə məlumatda bildirilir.

Nəşr edilib : 19.09.2023 23:29